"Yuventus" digər A Seriyası təmsilçisi "Cenoa"nın təklifini rədd edib.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Genuya klubu "ağ-qaralar"ın qapıçısı Mattiya Perini heyətinə qatmaq istəsə də, qarşı tərəfdən "yox" cavabı alıb.
33 yaşlı Mattiya cari mövsüm bütün turnirlərdə 4 matça çıxaraq 6 qol buraxıb.
O, "Cenoa"nın yetirməsidir və 2018-ci ildə 16,3 milyon avroya "Yuventus"a transfer olunub.