AZ

Perulu şamanlar Trampın xəstələnəcəyini, Maduro rejiminin isə 2026 cı ildə süqut edəcəyini proqnozlaşdırıblar

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dekabrın 29-da Peruda şamanlar ənənəvi illik Yeni il ayini üçün bir araya gələrək qarşıdakı dövrlə bağlı proqnozlarını açıqlayıblar. Onların söylədikləri arasında ABŞ prezidenti Donald Trampın ciddi xəstəliyə tutulacağı və Venesuela prezidenti Nikolas Maduronun hakimiyyətinin süqutu da yer alıb.

Bizimyol.info xəbər verir ki, limanın cənubundakı çimərlikdə digər şamanlarla birlikdə mərasim keçirən Xuan de Dios Qarsiya bildirib ki, ABŞ buna hazır olmalıdır: “Donald Tramp ciddi şəkildə xəstələnəcək”. Şamanlar rəngarəng ponçolar geyinib, qumun üzərinə çiçəklər səpərək ayini icra ediblər.

Mərasim zamanı şamanlar dünya liderlərinin təsvir olunduğu iri plakatlar daşıyıb, onları simvolik olaraq qılınclarla çarpazlayıb, ətirli tüstülər yandırıb, bəzilərinin üzərindən isə tapdalayıblar. Plakatlar arasında Donald Tramp və Nikolas Maduronun yanaşı, Rusiya prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının sədri Si Cinpin və Ukrayna prezidenti Volodimir Zelenskinin də şəkilləri olub.

Qarsiyanın sözlərinə görə, Nikolas Maduronun məğlubiyyəti qaçılmazdır: “Biz Maduronun məğlubiyyətini görürük. O, Venesueladan qaçacaq və ələ keçirilə bilməyəcək”, - deyə o qeyd edib.

Şamanlar eyni zamanda Rusiya ilə Ukrayna arasında müharibənin başa çatacağını da proqnozlaşdırıblar. “Mən görürəm ki, münaqişə sona çatır və onlar sülh bayrağını qaldıracaqlar,” – deyə Qarsiya bildirib.

Qeyd edək ki, bu mərasim hər il dekabrın sonunda keçirilir. Şamanlar daha əvvəl də Ukraynadakı müharibənin 2023-cü ildə bitəcəyini proqnozlaşdırmışdılar.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
130
50
icma.az

10Mənbələr