Livan ordusunun ölkənin cənubunda İsraillə sərhəddə yerləşdirilməsi bütün ölkə üzərində suverenliyini bərpa etməsi və sabitliyin təmin edilməsidir.
Ölkə.az xəbər verir ki, bunu ABŞ-ın səfiri Mişel İssanın Livanın müdafiə naziri Mişel Manassas ilə görüşüb.
Səfirlik görüşlə bağlı sosial media hesabında bəyanat yayıb. Bəyanatda Livan ordusunun cənuba yerləşdirilməsinin və dövlətin bütün Livan ərazisi üzərində suverenliyini bərpa etmək üçün davam edən səylərin ölkədə sabitliyin möhkəmləndirilməsində fundamental addımlar olduğu vurğulanıb.
Livan prezidenti Cozef Aun oktyabrın 16-da bildirib ki, İsraillə atəşkəs razılaşmasına əsasən, ilin sonuna qədər Livanın cənubundakı qoşunların sayını 10 minə çatdırmağı düşünürlər, lakin İsrailin hücumları bu prosesin başa çatmasına mane olub.
Aun bildirib ki, ordunun Livan müharibəsinin həllinə yönəlmiş BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin həyata keçirilməsi üçün Livandakı BMT Müvəqqəti Qüvvələri ilə birgə çalışacağı və həmçinin 2027-ci ilin sonuna qədər tədricən cənubdan geri çəkiləcək beynəlxalq qüvvələrin tutduğu bütün mövqeləri ələ keçirəcəyi bildirilib.
Mürtəza