ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliya təmsilçisi "Yuventus" A Seriyasının digər komandası "Genoa"nın transfer təklifini geri çevirib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "Genoa" kollektivi "ağ-qaralar"ın qapıçısı Mattiya Perinanı sıralarına qatmaq istəsə də, turinlilər razılaşmayıblar.
Bununla da "qırmızı-mavi"lər qapıçı mövqeyi üçün digər variantları nəzərdən keçirirlər.
Qeyd edək ki, 33 yaşlı Mattiya Perina cari mövsüm bütün turnirlərdə 4 oyun keçirib və 6 qol buraxıb.
O, "Genoa" komandasının yetirməsidir və 2018-ci ildə 16,3 milyon avroya "Yuventus"a transfer olunub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.