“Arsenal”ın keçmiş futbolçusu Andrey Arşavin Londondakı evinin necə qarət edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, Arşavin bu barədə FONBET YouTube kanalında danışıb.
Rusiyalı futbolçu 2009-cu ildən 2012-ci ilə qədər “Arsenal” da oynayıb.
“Açarı qapının kilidində qoymuşdum. Balaca bir oğlan əlini poçt qutusuna soxub açarı çevirib. Və onlar masamdan müxtəlif əşyalar oğurlamışdılar”, – Arşavin deyib.