AZ

2026 cı il bu azərbaycanlı məşhurlar üçün xüsusi tarixdir SİYAHI

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şərq təqviminə görə 2026-cı il “Alovlu At ili” olacaq. Bu tarix məhz 1930, 1942, 1954, 1966, 1978, 1990, 2002-ci ildə doğulanlara məxsusdur.

Bəs Azərbaycanda hansı məşhurlar At ilində doğulub? 2026-cı il kimlərin ilidir?

Globalinfo.az həmin tanınmışların siyahısını təqdim edir.

At ilində doğulan məşhurlardan biri Xalq şairi Səməd Vurğundur – 21 mart 1906-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub.

Digər adlardan biri Xalq şairi Süleyman Rüstəmdir. O, 1906-cı il martın 12-də Bakının Novxanı kəndində dünyaya gəlib.

Bəstəkar Qara Qarayev də bu sırada yer alanlardandır – 1918-ci il fevralın 5-də Bakı şəhərində anadan olub.

1930-cu il 5 fevralda Bakı şəhərinin Maştağa kəndində doğulan, xanəndə, Xalq artisti Əlibaba Məmmədovun da adı bu siyahıdadır.

Xalq artisti, müğənni Müslüm Maqomayev (1942), əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu (1954), Xalq artisti, bəstəkar Siyavuş Kərimi (1954), Əməkdar artist, müğənni Firuzə İbadova (1954),  yazıçı, jurnalist Orxan Fikrətoğlu (1966), müğənni Xumar Qədimova (1966), şoumen Murad Dadaşov (1978) və sair kimi tanınmış simalar da At ili olanlar arasındadır.

Günel Cəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
104
globalinfo.az

1Mənbələr