AZ

Bişkekdə İT şəhərciyinin inşası planlaşdırılır

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Bişkek yaxınlığındakı Baytik kəndində "Digital Kyrgyz Hub" İT-şəhərciyinin tikintisi planlaşdırılır.

"Report" Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin məlumatında deyilir.

Layihənin baş planı, texniki-iqtisadi əsaslandırması və layihə sənədləri gələn il hazırlanacaq. 10 hektar ərazidə ofislər, akseleratorlar, süni intellekt və kibertəhlükəsizlik mərkəzləri, təhsil klasterləri, yaşayış və sosial obyektlərin, həmçinin data-mərkəzlərin tikintisi nəzərdə tutulur.

Layihənin həyata keçirilməsi təxminən 200 İT şirkəti və startapın fəaliyyətini təmin edəcək, ən azı 5 min iş yeri yaradılacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
3
cebheinfo.az

4Mənbələr