AZ

Karapetyan ev dustaqlığına buraxıldı


Erməni əslii rusiyalı milyarder iş adamı, ”Taşir Group”un təsisçisi Samvel Karapetyan girov müqabilində ev dustaqlığına buraxılıb.
Yeniavaz.com
xəbər verir ki, bu məlumatı S.Karapetyanın vəkili Aram Vardevanyan verib.
Məlumatı həmçinin, Ermənistan Prokurorluğu da təsdiqləyib.
Girovun məbləği hələlik məlum deyil.
Qeyd edək ki, S.Karapetyan 18 iyun 2025-ci ildə həbs edilib və 18 noyabrda onun məhkəməyəqədərki həbs müddəti daha iki ay uzadılıb.
Vəkilin sözlərinə görə, dekabrın 24-də müdafiə tərəfi onun məhkəməyəqədər həbsdən azad edilməsi və girov müqabilində azadlığa buraxılması ilə bağlı daha bir vəsatət qaldırıb və bu vəsatət Apellyasiya Məhkəməsi tərəfindən təmin edilib.
S.Karapetyan dövlət hakimiyyətini ələ keçirməyə, vergidən yayınmağa və çirkli pulların yuyulmasına açıq çağırışlarda ittiham olunur.
O, ittihamları rədd edir və bunları siyasi motivli adlandırır.
Seçilən
169
yeniavaz.com

1Mənbələr