AZ

Yol polisi küləkli hava ilə bağlı sürücülərə çağırış etdi


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) küləkli hava ilə bağlı sürücülərə çağırış edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BDYPİ-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, küləkli hava xüsusilə ikitəkərli, o cümlədən moped, motosiklet, skuter tipli nəqliyyat vasitələrinin idarə edilməsində ciddi çətinliklər yaradır.
Qeyd edilib ki, küləyin təsirindən bu tip nəqliyyat vasitələrində müvazinətin itirilməsi - aşma ehtimalı dəfələrlə artır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir.
Seçilən
116
yeniavaz.com

1Mənbələr