GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Biz Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq məsələsində əldə edilən bütün razılaşmaları yerinə yetirməyə sadiqik”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti” agentliyinə deyib.
“Vladimir Putinin qeyd etdiyi kimi, bu cür faciəli hallarda tələb olunan hər şey ediləcək”, – deyə o bildirib.
Xatırladaq ki, 2024-cü ilin dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus Bakı-Qroznı reysini həyata keçirən “Embraer” sərnişin təyyarəsi Rusiya səmasında vurulub. Hava gəmisinin “Pantsir S-1” HHM sistemi ilə vurulduğu təsdiqlənib. Təyyarəyə eniş icazəsi verilmədiyi üçün Qazaxıstanın Aktau şəhərinə uçub. Hava gəmisi aeroporta az məsafə qalmış, vurulma səbəbi ilə idarəetməni itirib və qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü ilə birlikdə 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.