AZ

"Çelsi"nin baş məşqçisi mətbuat konfransına qatılmadı - SƏBƏB

Çelsi"nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının XIX turunda "Bornmut"la oyundan (2:2) sonra mətbuat konfransına qatılmayıb.

Fanat.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, o, səhhətində problem yarandığı üçün jurnalistlər önünə çıxmayıb.

Mareskanın əvəzinə mətbuat konfransında köməkçisi Villi Kaballero iştirak edib.

Kaballero Mareskanın iki gündür ki, xəstə olduğunu bildirib.

Təcrübəli çalışdırıcının vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

Seçilən
39
fanat.az

1Mənbələr