AZ

Ankara Putinin Türkiyəyə səfərini gözləyir


Ankara Rusiya Prezidenti Vladimir Putinin tezliklə Türkiyəyə səfər edəcəyini gözləyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Türkiyədəki diplomatik mənbəyə istinadla məlumat yayıb.
Agentliyin mənbəsi bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan Putini Türkiyəyə səfərə dəvət edib və biz bunun çox yaxın gələcəkdə baş tutacağını gözləyirik.
O, iki lider arasında etibarlı dialoqun qurulduğunu və bunun həm ikitərəfli, həm də regional məsələlərin həllində öz effektivliyini nümayiş etdirdiyini qeyd edib.
Qeyd edək ki, Türkiyə və Rusiya liderləri sonuncu dəfə bu ilin dekabr ayında Aşqabadda keçirilən sülh forumu çərçivəsində görüşüblər.
Seçilən
87
yeniavaz.com

1Mənbələr