
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo 2009-cu ildən bəri ilk dəfə bir təqvim ilini het-triksiz başa vurub.
Yeniavaz.com xəbər verir ki, ulduz futbolçu karyerası ərzində 66 dəfə het-trikə imza atıb.
Onlardan 56-sı klub, 10-u isə Portuqaliya yığması səviyyəsində olub.
2025-ci ildə portuqaliyalı “Əl-Nəsr” və milli komanda üçün 41 qol vurub.
Səudiyyə Ərəbistanı çempionatında “Əl-İttifaq”a qarşı ilin son oyununda isə 40 yaşlı hücumçu 957-ci qolunu vurub.
Qeyd edək ki, Ronaldo milli komandalar, Avropa çempionatları və Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçu və rəsmi matçlarda 900 qola çatan ilk oyunçudur. Portuqaliyalı futbolçu beş Çempionlar Liqası, 2016-cı il Avropa çempionatı və iki UEFA Millətlər Liqası titulunu qazanıb.