"People" jurnalının əldə etdiyi məlumata görə, Uels şahzadəsi Uilyamın Kornuol hersoqluğunun qubernatoru kimi ikinci ilində qazandığı gəlir rəsmi hesabatlar vasitəsilə açıqlanıb.
Publika.az xəbər verir ki, 30 dekabr 2025-ci il tarixli kral hesabatına görə, taxt-tacın varisi bu il inanılmaz dərəcədə pul qazanıb.
2025-ci ilin iyun ayında dərc edilmiş "İnteqrasiya olunmuş İllik Hesabat"a görə, Şahzadə Uilyam 2024-2025 maliyyə ili ərzində Kornuol hersoqluğundan 22,9 milyon funt sterlinq (təxminən 30,9 milyon dollar) alıb . Bu məbləğ Şahzadə Uilyamın, həyat yoldaşı Keyt Middltonun və üç uşağının rəsmi, xeyriyyə və şəxsi xərclərini ödəmək üçün istifadə olunub.
Kornoul hersoqu nədir?
Taxt-tacın varisi üçün maliyyə resursları təmin etmək məqsədilə 1337-ci ildə Kral III Eduard tərəfindən qurulan bu nəhəng mülk öz xüsusiyyətləri ilə diqqət çəkir. Mülkün dəyəri 1 milyard dollardan çoxdur. İngiltərə və Uelsdə 23 qraflıqda 130.000 akr ərazini əhatə edən əraziyə fermalar, yaşayış yerləri, kommersiya mülkləri və müxtəlif maliyyə aktivləri daxildir.