Bakı. Trend:
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 31Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilbayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrikedib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təbrikdə qeydolunub:
"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar,çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülkiişçilər!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeniil münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəmcansağlığı, əzmli və iradəli olmağınızı arzulayıram.
Ölkəmizin inkişafında prioritet istiqamətlərdən hesab edilənAzərbaycan Ordusunun hərbi qüdrətinin gündən-günə artırılmasırespublikamızın müdafiəsinə və təhlükəsizliyinin təminatına möhkəmzəmin yaratmışdır. Möhtərəm Prezident cənab İlham Əliyevinrəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülənmühüm işlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha daartmışdır.
Respublikamızın müdafiə qüdrətinin artırılmasında əldə olunanböyük nailiyyətlər, eyni zamanda orduda aparılan genişmiqyaslıislahatlar şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirdi.Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan OrdusununVətən müharibəsində qazandığı parlaq Qələbə və uğurlu antiterrorəməliyyatı nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenhüquqları, konstitusiya quruluşu tam təmin olundu.
Bakı şəhərində möhtəşəm şəkildə keçirilən 8 Noyabr – ZəfərGününün beşinci ildönümünə həsr olunmuş hərbi parad gündən-günəqüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyini bir daha təsdiqetdi. Eyni zamanda dövlət başçısının Sərəncamı ilə ölkəmizdə2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsiAzərbaycanın müstəqil dövlətçilik tarixində əlamətdar hadisə kimigeniş qeyd olundu.
Dövlət müstəqilliyimizin əsas atributlarından biri sayılanüçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad edilmişərazilərdə rəşadətli Azərbaycan Ordusu Vətənimizin keşiyindəayıq-sayıq dayanmaqla bərpa-quruculuq işlərinin ən yüksək səviyyədəhəyata keçirilməsinə, layiqli töhfələrini verməkdədir.
Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbianda və nizamnamələrə daim sadiq qalaraq bundan sonra da daimadöyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdəyeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha daartıracaqsınız.
Hərbi Anda sədaqətə, çətin və şərəfli xidmətdə fədakarlığa görəhər birinizə minnətdarlığımı bildirirəm. Hər zaman olduğu kimi bubayram günlərində də Azərbaycanın suverenliyi, müstəqilliyininqorunması və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiziehtiramla yad edir, unudulmaz xatirələrini əziz tuturuq.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilmünasibətilə hər birinizi ürəkdən təbrik edir, Sizə möhkəmcansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, müstəqil Azərbaycandövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!"