AZ

İngiltərə klubu Premyer Liqanın 123 il əvvəlki antirekordunu təkrarlayıb

Ötən gün İngiltərə Premyer Liqasının XIX turunda "Mançester Yunayted"lə 1:1 hesablı heç-heçəyə razılaşan autsayder "Vulverhempton" 123 il əvvəlki antirekordu təkrarlayıb.

"Cebheinfo.az" xəbər verir ki, "sarı-qaralar" bu nəticə ilə İngiltərədə mövsümün startından etibarən 19 turda qələbə qazana bilməyən ikinci komanda olub.

Sonuncu dəfə bu cür uğursuzluğu "Bolton" kollektivi (1902/1903) yaşayıb.

Qeyd edək ki, "Vulverhempton" cari mövsüm üç matçda bərabərə qalıb, 16 oyunda uduzub. Komanda 3 xalla turnir cədvəlinin axırıncı pilləsində yer alıb.

"Cebheinfo.az"

Seçilən
67
1
cebheinfo.az

2Mənbələr