AZ

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

2026-cı ildə süni intellekt çox sayda iş yerində insanları əvəz edə bilər.

Reyting.az xəbər verir ki, bunu CNN kanalına müsahibəsində Nobel mükafatı laureatı, süni intellektin "xaç atası" adlandırılan Ceffri Hinton deyib.

Onun fikrincə, hazırda süni intellektin imkanları çox sürətlə artır və belə davam edərsə, iri layihələr az sayda insanın iştirakı ilə icra olunacaq.

Ceffri Hinton

Bununla belə, ABŞ-da bir çox şirkətlərin icraçı direktorları fərqli düşünür və belə bir təhlükənin gözlənilmədiyini söyləyirlər. Keçirilən sorğulara görə, şirkətlərin əksəriyyəti ixtisar deyil, əksinə, çoxsaylı işçi qəbul etməyi planlaşdırırlar.

Məlumata görə, 2025-ci il ərzində ABŞ-da süni intellektlə bağlı 55 minə yaxın işçinin ixtisarı qeydə alınsa da, ekspertlər bunu pandemiyadan sonra yaranmış vəziyyətlə, yəni ştatların yenidən optimallaşdırılması ilə əlaqələndiriblər.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
reyting.az

1Mənbələr