ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Şimali Qafqaz dəmir yolunda 19 qatar saxlanılıb.
"Report"un Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə RDY-nin məlumatında deyilir.
Bu, kontakt şəbəkəsinin işində pozulmaya səbəb olan əlverişsiz hava şəraiti səbəbindən baş verib.
Nasazlıq Moskva vaxtı ilə saat 2:05-də Girey və Otrado-Kubanskaya stansiyaları arasındakı sahədə baş verib. Bu sahə Krasnodar vilayətinin Qulkeviç rayonunda yerləşir.
Qatarlar beş saata qədər müddətə saxlanılıb, hansı qatarlar olduğu dəqiqləşdirilmir. Şirkətin bildirdiyinə görə, işçilər qatarların gecikmə müddətini azaltmağa çalışırlar.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.