Erməni iş adamı, Baş nazir Nikol Paşinyanın əsas rəqibi hesab olunan Samvel Karapetyan artıq evdədir. Həyətdə tərəfdarları onu alqışlarla qarşılayıblar.
“Cebheinfo.az” xəbər verir ki, məhkəmə qərarı ilə Samvel Karapetyanın qətimkan tədbiri dəyişdirilib, o, girov müqabilində ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, Karapetyan Ermənistan Respublikası Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunur — hakimiyyəti ələ keçirməyə, ərazi bütövlüyünün pozulmasına, suverenlikdən imtina etməyə və ya konstitusiya quruluşunu zorla devirməyə çağırışlar, bu çağırışlar ictimai nümayiş etdirilən əsərlərdən, kütləvi informasiya vasitələrindən və ya informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilir.
Bundan əvvəl Samvel Karapetyanın “Armenian News”- saytına verdiyi müsahibədə belə deyib:
"Kiçik bir qrup insan erməni xalqının tarixini və erməni kilsəsinin min illik tarixini unudaraq erməni kilsəsinə və erməni xalqına hücum edib. Mən həmişə erməni kilsəsinin və erməni xalqının yanında olduğum üçün bu işdə birbaşa iştirak edəcəyəm. Siyasətçilər uğursuzluğa düçar olarsa, biz öz yolumuzda davam edəcəyik".
Xəzər
“Cebheinfo.az”