İsrailin Baş naziri Binyamin Netanyahu İranın ballistik raket istehsalını bərpa etdiyini bəyan edib.
Publika.az xəbər verir ki, “Fox News” telekanalında yayımlanan müsahibə zamanı yəhudi dövlətinin hökumət başçısına İranın ballistik raket və nüvə potensialını bərpa etməkdə nə qədər irəlilədiyi barədə sual ünvanlanıb.
Netanyahu bildirib: “Hər iki sahədə onları əhəmiyyətli dərəcədə geri çəkmişik, lakin onlar yenidən cəhd göstərəcəklər”.