AZ

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Bosniya və Herseqovina ərazisində olduğu müəyyən edilib.

 

Senzor.az bildirir ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Binəqədi Rayon Polis İdarəsi tərəfindən axtarışda olan Nicat Namiq oğlu Rəhimov İnterpol kanalları vasitəsilə saxlanılıb.

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəyə gətirilməsi üçün tədbirlər görülür.

 

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Seçilən
33
15
senzor.az

10Mənbələr