ain.az, 525.az portalına istinadən məlumat yayır.
Cənubi Koreyada it yetişdirən və it əti satışı ilə məşğul olan fermaların 78 faizi fəaliyyətini dayandırıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, ötən ilin fevralında ölkədə it ətinin istehsalını qadağan edən qanundan sonra gerçəkləşib.
Ümumilikdə, ölkə ərazisindəki 1537 fermadan 1204-ü artıq fəaliyyət göstərmir. Digər 333 ferma isə 2027-ci ilin fevralına kimi bağlanacaq. Hazırda bu fermalarda 37 min it saxlanılır.
Hökümət ciddi problemlər yaranmasın deyə, fermaların 6 mərhələdə bağlanılmasını nəzərdə tutmuşdu. Üstəlik, hər mərhələdə hər itə görə ferma sahiblərinə kompensasiya ödənilir. Belə ki, 1-ci mərhələdə 1 baş itə görə 430 dollar ödənilibsə, sonuncu mərhələdə bu rəqəm 161 dollar təşkil edəcək.
Qeyd edək ki, qanun qüvvəyə tam mindikdən sonra bunu pozanları ciddi cəza gözləyir. Başqa sözlə, it öldürənlər 3 il həbs oluna və ya 22 min dollar cərimələnə bilərlər.
L.Tağıyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.