AZ

"Qalatasaray"ın ulduzunun həbsxanadakı son durumu: Nə yeyir, nə içir, nə istəyir?

"Qalatasaray" klubunun baş məşqçisi Okan Buruk hazırda həbsdə olan gənc müdafiəçi Metehan Baltacını ziyarət edib.

Fanat.Az xəbər verir ki, futbolçunun fiziki vəziyyəti və məişət şəraiti ilə bağlı bəzi narahatedici məqamlar məlum olub.

Türkiyəli jurnalist Çağatay Çelikin yaydığı məlumata görə, Metehan Baltacı hazırda siqaret çəkilməyən xüsusi bir kamerada saxlanılır. Gənc oyunçu futboldan uzaq qalmamaq üçün oyunları izləyə bilməsi məqsədilə qaldığı yerə yayımçı quruluşun (rabitə xəttinin) çəkilməsini rəsmi şəkildə tələb edib.

Lakin ən üzücü xəbər onun fiziki durumu ilə bağlıdır; peşəkar idmançı qidasından və rejimindən tamamilə kənar qalan müdafiəçi bu müddət ərzində təxminən 5 kiloqram arıqlayıb. Okan Burukun bu ziyarəti futbolçuya mənəvi dəstək olsa da, onun "əriməsi" azarkeşlər və klub rəhbərliyi arasında böyük təəssüf hissi doğurub.

Kamil Xudiyev

Seçilən
25
1
fanat.az

2Mənbələr