Türkiyədə hökm sürən güclü qar və əlverişsiz hava şəraiti ilə əlaqədar Türk Hava Yolları (THY) 61 reysin ləğv edildiyini açıqlayıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, qurumdan verilən açıqlamada ölkənin əksər bölgələrində gözlənilən əlverişsiz hava şəraiti səbəbindən 31 dekabr tarixinə planlaşdırılan 61 reysin qarşılıqlı olaraq ləğv edildiyi bildirilib.