Türkiyə çempionatında növbəti məşqçi təyinatı reallaşıb.
"Football-plus.az" xəbər verir ki, uzun müddətdi, sonuncu pillədə qərarlaşan və elitanı tərk etməyə əsas namizəd sayılan ''Fatih Karagümrük'' Aleksandar Stanoyeviç ilə anlaşıb. İstanbul təmsilçisi serbiyalı mütəxəssislə ilyarımlıq müqavilə imzalayıb.
Qeyd edək ki, debütant mövsümə Martsel Liçkanın başçılığı altında başlamışdı. Amma oktyabrın 31-də çexiyalı mütəxəssis ilə qarşılıqlı şəkildə yollar ayrılmışdı. O vaxtdan bu yana komandanı Onur Can Korkmaz çalışdırırdı. Stanoyeviçə gəlincə, bu, onun Türkiyədə ikinci dönəmi olacaq.
52 yaşlı məşqçi 2023-cü ildə qısa müddət ''Konyaspor''u çalışdırmışdı. Böyük təcrübəyə malik olan və həm Avropa, həm də Asiyanın Çempionlar Liqasında iştirak edən Stanoyeviç məşqçi karyerası ərzində 10-dan çox klub çalışdırıb. O, vətənində ''Partizan'' ilə iki dəfə ölkə çempionluğunu qazanıb.
17 tur ərzində cəmi 2 qələbəsi olan və 9 xal toplayan ''Karagümrük'' Stanoyeviçin debüt oyununda səfərdə ''İstanbul BŞ'' ilə qarşılaşacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta