AZ

Mbappe Keyn və Haalandı geridə qoydu

“Real” klubunun və Fransa millisinin hücumçusu Kil­ian Mbappe klub və milli komanda səviyyəsində vurduğu qollar nəzərə alınmaqla 2025-ci ilin ən məhsuldar bombardiri olub.

90deqiqe.Az-ın məlumatına görə, ilin bombardirlər siyahısında maraqlı məqam da diqqət çəkir. Belə ki, siyahının dördüncü pilləsində “Puerto-Riko Sörf” klubunun və Puerto-Riko millisinin üzvü Kevin Ernandes yer alıb.

Reytinqin ilk beşliyi aşağıdakı kimidir:

Kil­ian Mbappe (“Real”, Fransa millisi) — 67 qol

Harri Keyn (“Bavariya”, İngiltərə millisi) — 60

Erlinq Haland (“Mançester Siti”, Norveç millisi) — 57

Kevin Ernandes (“Puerto-Riko Sörf”, Puerto-Riko millisi) — 48

Viktor Osimhen (“Qalatasaray”, Nigeriya millisi) — 46 qol

Seçilən
96
1
90deqiqe.az

2Mənbələr