AZ

Avropada panika: hücuma hazırlıq başladı Təcili sığınacaqlar tikilir

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Polşa hakimiyyəti artan təhlükəsizlik riskləri fonunda ölkə üzrə bomba sığınacaqlarının tikintisinə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.

Milli Təhlükəsizlik Bürosunun rəhbəri Slavomir Çienkieviç bildirib ki, bu addım Rusiyadan gələn təhlükənin artması ilə bağlıdır. Onun sözlərinə görə, sığınacaqların inşası üçün 16 milyard zlotı (təxminən 3,8 milyard avro) vəsait ayrılıb.

“Bu, Rusiyadan gələn təhlükənin qarşısını almaq üçün atılır. Ölkə istənilən hücum və işğal vəziyyətinə hazır olmalıdır”.

Paralel olaraq Varşavada metro xətləri modernləşdirilir, mövcud sığınacaqlar çarpayı, su ehtiyatı və yorğanlarla təchiz olunur.

Finlandiyanın Temet şirkətinin icraçı direktoru Juha Simola qeyd edib ki, Polşa bu sahədə Finlandiyanın təcrübəsinə baxır. Onun sözlərinə görə, Finlandiyanın indiki mülki müdafiə səviyyəsinə çatması 70 il çəkib və Polşada da yeni sığınacaqların tikintisi uzunmüddətli proses olacaq.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
globalinfo.az

1Mənbələr