GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Dünən faciədən (AZAL təyyarəsinin vurulmasından – red.) 1 il keçdi”.
Globalinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair konfransda çıxışı zamanı deyib.
“9 oktyabrda Düşənbədə Rusiya və Azərbaycan liderlərinin görüşündə Rusiya tərəfi üzrxahlıq, kompensasiya məsələsini gündəmə gətirmişdi. Yaxın günlərdə Rusiya İstintaq Komitəsi tərəfindən imzalanmış məktub Azərbaycana təqdim edildi. Orada təəccüb doğuran məqamlar diqqət çəkirdi. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin cinayət işinə xitam verildiyini bildirib. Həmin məktuba müvafiq qurumlar tərəfindən ciddi təfsilatlı mövqe ortaya qoyulub. Bu məsələyə də aydınlıq gətiriləcək. Bizim gözləntimiz Rusiya Prezidentinin Düşənbədə olan açıqlamalarına, üzrxahlığına uyğun olaraq prosesin başa çatdırılmasıdır”, – C.Bayramov bildirib.
Zaira Akifqızı
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.