“Çelsi”nin vingeri Rahim Sterlinq qış transfer pəncərəsində klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, ingiltərəli futbolçu ilə “Kristal Pelas”, “Fulhem” və “Vest Hem” maraqlanır.
Qeyd olunan klublar Sterlinqi yay transfer pəncərəsində də heyətinə qatmaq istəsələr də, danışıqlar konkret mərhələyə çatmamışdı.
Rahim Sterlinq cari mövsümdə hələ ki, “Çelsi”nin heyətində heç bir oyunda meydana çıxmayıb. London klubu 31 yaşlı futbolçu ilə əməkdaşlığı davam etdirməkdə maraqlı deyil. “Mançester Siti”nin və İngiltərə millisinin sabiq üzvünün “Çelsi” ilə müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir.
Qeyd edək ki, Sterlinq mövsümün əvvəlindən əsas komandanın heyətindən kənarlaşdırılıb.
“Liverpul” Robertsonu buraxmaq istəmir
"Qalatasaray" bir sıra məşhur şəxsi məhkəməyə verib
“Real”dan addım-addım “Beşiktaş”a
ABŞ millisinin üzvü Premyer Liqa yolunda
İnfantino: “FIFA olmasaydı, futbol 150-dən çox ölkədə mövcud olmazdı”