Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib və nəticədə yüzdən çox şübhəli İŞİD üzvü həbs edilib.
TRT Haber-in məlumatına görə, həbslər İstanbul və Ankarada baş verib.
Türkiyə təhlükəsizlik qüvvələrinin məlumatına görə, terrorçular Yeni il dövründə hücumlar planlaşdırıblar. “Onlar Yeni ili qan gölünə çevirməyi planlaşdırırmışlar”, – deyə kanal bildirib. İstanbulda 110, Ankarada isə 17 şübhəli saxlanılıb.
İstanbul prokurorluğu bildirib ki, saxlanılanlardan ən azı 40-ı üzvlərinin bir gün əvvəl Yalovada polisə hücum etdiyi dəstə ilə əlaqəlidir.
Yerli medianın məlumatına görə, şübhəlilər həbs zamanı polisə atəş açıblar və üç zabit öldürülüb. İstanbulda və paytaxtda keçirilən basqınlar Yalova hadisəsindən sonra təşkil edilib.
//Samir Qurbanov, Editor.az