"Apple" istifadəçiləri smartfonlarını yataqda doldurmaqdan çəkinməlidir.
"Ölkə.az" "UNILAD"ə istinadla xəbər verir ki, "Apple" "iPhone" təhlükəsizliyi ilə bağlı məlumatları özündə əks etdirən dəstək səhifəsini yeniləyib. Tövsiyədə smartfonu gecə doldurmağın təhlükələri barədə xəbərdarlıq qeyd olunub.
Məlumatda bildirilir ki, "iPhone"un zəif havalandırılan bir yerə qoyulması halında həddindən artıq qızma riski yaranır. "Apple" istifadəçilərə smartfonlarını doldurarkən yataqda, yorğan və ya paltarın altında qoymamağı tövsiyə edir. Əks halda, smartfon həddindən artıq qıza, qırıla və ya hətta alışa bilər.
"Apple" nümayəndələri həmçinin "iPhone" şarja qoşulu olarkən cihazla uzun müddət təmasdan çəkinməyi tövsiyə ediblər.
Daha əvvəl simsiz şarjın "iPhone"a zərər verə biləcəyi bildirilirdi. Mütəxəssislər cihazı naqillə doldurmağı tövsiyə ediblər.
Elvin
Ölkə.az