Gələn aydan pensiyalar artacaq...
Xezerxeber.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. Onun sözlərinə görə, 2025-ci ilin yekununda nominal orta aylıq əməkhaqqının 9,2 faiz artacağı gözlənilir. Bu isə o deməkdir ki, gələn aydan etibarən artıq bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək.
Deputat bildirib ki, artımlar bütün növ əmək pensiyalarına şamil olunacaq.
Sosial şəbəkələrdə cəmiyyətə açıq hörmətsizliyə görə inzibati həbs və cərimə də müəyyənləşir . bu milli məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan inzibati xətalar məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. layihəyə əsasən, belə xırda xuliqanlıq əlli manatdan yüz manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.