“Real Madrid” gələcək planlamasına start verib.
Fanat.Az "Defensa Central"-a istinadən xəbər verir ki, İspan nəhəngi “Elfsborq” klubunun 19 yaşlı isveçli qapıçısı Simon Erikssonu Tibua Kurtuanın uzunmüddətli əvəzləyicisi kimi müəyyənləşdirib.
Klub daxilində gənc qolkiperin potensialının yüksək qiymətləndirildiyi və onun illər sonra əsas komandanın əsas qapıçısı ola biləcəyi düşünülür. Madrid təmsilçisi Erikssonu yaxından izləyir və inkişafını nəzarətdə saxlayır.
Hazırda rəsmi danışıqlar başlamasa da, futbolçunun adı artıq klubun strateji siyahısına daxil edilib.
Kamil Xudiyev