AZ

Arda Gülər qış tətilini Boluda keçirir

Futbol üzrə Türkiyə yığma komandasının və "Real Madrid"in ulduzu Arda Gülər qış tətilinə çıxıb. 20 yaşlı futbolçu Türkiyədə istirahət edir. Metbuat.az xəbər verir ki, gənc futbolçu hazırda Türkiyənin Bolu vilayətində dincəlir. O, Boludakı Təbiət Parkının lüks otelində qalır. Arda əraziyə güclü qar yağmasından məmnundur. Futbolçu uşaqlarla qarlı havada futbol oynayır, xatirə şəkilləri çəkdirir.

Türkiyə KİV-i istirahət mərkəzində qonaq olan turistlərin Arda Gülərə xüsusi diqqət göstərdiyini yazıb. Xüsusilə uşaqlar məşhur futbolçunu bir dəqiqə tək qoymurlar.

Seçilən
125
metbuat.az

1Mənbələr