AZ

Moskvadan AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı AÇIQLAMA

Aktau yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanın nəticələri xarici tədqiqat mərkəzlərindən alınan məlumatların təhlili başa çatdıqdan sonra açıqlanacaq.

Publika.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti” agentliyinə verdiyi müsahibədə bildirib.

"Qazaxıstan tərəfi hava qəzası ilə bağlı yekun hesabatın gözlənilən dərc tarixini açıqlamayıb, lakin Qazaxıstan Nəqliyyat Nazirliyi dekabrın əvvəlində açıq şəkildə bildirib ki, bu, üçüncü ölkə laboratoriyalarında aparılan tədqiqatların nəticələrinin vaxtından asılı olacaq", - Qaluzin deyib.

Xatırladaq ki, 25 dekabr 2024-cü ildə "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" tipli təyyarə, J2-8243 Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərindən 3 km məsafədə qəzaya uğrayıb.

İlkin istintaq məlumatlarına görə, Qroznıya yaxınlaşarkən təyyarə Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb. Bundan əlavə, Rusiya tərəfinin radioelektron mübarizə vasitələrindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Bu səbəbdən hava gəmisinin bortu Rusiyanın hava məkanında radarlardan itib.

Seçilən
99
publika.az

1Mənbələr