AZ

"İstəklilər koalisiyası" liderlərinin görüşünün yanvarın 6-sı Parisdə keçirilməsi planlaşdırılıb

Ukrayna Prezidenti Volodimir Zelenski "istəklilər koalisiyası" ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə beynəlxalq görüşün hazırlanması barədə məlumat verib.

Aznews.az xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında yazıb.

"Rüstəm Umerov (Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi - red.) mənə "istəklilər koalisiyası" ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə yaxın zamanda görüş keçirmək barədə əldə olunan razılıq haqqında məruzə edib. Bunu 3 yanvarda Ukraynada keçirməyi planlaşdırırıq", - o qeyd edib.

Seçilən
121
1
aznews.az

2Mənbələr