İtkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti Azərbaycana təhvil verilib.
Xezerxeber.az xəbər verir ki, dekabr 19-da Xəzər dənizinin İran ərazisində meyit tapılması barədə məlumat verilib. Araşdırmalarla və geyimdən məlum olub ki, meyit balıqçı 28 yaşlı Turan Həsənova aiddir. Meyitin qarşı tərəfə verilməsi istiqamətində danışıqlar aparılıb və bu gün Turan Həsənovun nəşi Azərbaycana verilib.
Mərhum balıqçının atası Eyvaz Həsənov oğlunun nəşinin verilməsi prosesindən danışıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.