AZ

Yerli səfərlərdə xərclər çox olur AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Daxili turizm xərclərində və səfərlərdə stabil artım var.  Yerli bazarda turistlərin xərcləməsi geniş sahələri əhatə edir”. Bunu turizm eksperti Rəhman Quliyev Demokrat.az-a açıqlamasında bildirib.O deyib ki,  2025 yay mövsümündə daxili səfərlər daha aktiv olub, bu isə turizm infrastrukturu üçün yaxşı siqnaldır:“Şahdağ, Quba-Qusar, Qəbələ-Şəki kimi turizm məkanları daxili turistlərin çox üstünlük verdiyi yerlər sırasındadır — bu, müxtəlif turizm növlərinin cəlbediciliyini artırır.  Daxili turistlər əsas xərcləri alış-veriş, qidalanma və yerləşmə xidmətlərinə yönəldiblər ki, bu da yerlərdə xidmət sahələrinin aktiv olduğunu göstərir. 

2025-ci ilin ilk yarısında Azərbaycanda daxili turizm məqsədilə xərclər 2,5 milyard manatı ötmüşdür, bu da əvvəlki ilə nisbətən təxminən  14% artım deməkdir. Bu, yerli səyahətlərin həcminin böyüdüyünü göstərir.Daxili turizmi daha da şaxələndirmək və mövsümdən asılılığı azaltmaq üçün yeni məhsullar və xidmətlər  hələ də inkişaf etdirilə bilər. daxili turizmdə vəziyyət ümumilikdə qənaətbəxşdir və pozitiv artım davam edir. Yerli səfərlərdə artım həm səyahət sayında, həm də xərclərdə görünür, bu da bayram mövsümündə daxili tələbatın yüksək ola biləcəyini göstərir. Bununla belə, turizmi daha da gücləndirmək üçün mövsümi  aradan qaldırmaq, xidmət keyfiyyətini daha da yaxşılaşdırmaq və yeni turizm məhsulları yaratmaq faydalı olar”.Leyla Turan 

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
121
demokrat.az

1Mənbələr