Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Mütəxəssislər helikopter valideynliyin bir addım sonrası sayılan “cırt-cırtlı” (velcro) valideynlik modelinə diqqət çəkir. Bu yanaşmada valideyn uşağa fiziki və emosional olaraq həddindən artıq bağlı olur, bu isə uşağın çətinliklərlə mübarizə bacarıqlarını zəiflədir.
Sherg.az-ın məlumatına görə, Türkiyəli klinik psixoloq Fatma Büşra Kaya bildirir ki, erkən yaşlarda valideyn dəstəyi vacib olsa da, zaman keçdikcə uşağın öz emosiyaları ilə təkbaşına baş etməsinə imkan verilməlidir. Onun sözlərinə görə, uşağı hər çətinlikdən qorumaq qısamüddətli rahatlıq yaratsa da, uzunmüddətdə dözümlülüyü azaldır.
Mütəxəssislər vurğulayır ki, uşağın bəzən sıxılması, gözləməsi və çətin emosiyalarla üzləşməsi onun inkişafı üçün faydalıdır. Həddindən artıq müdaxilə isə gələcəkdə asılılıq, narahatlıq və özünə inamsızlıq yarada bilər.
Psixoloqlar valideynlərə “cırt-cırtları gevşətməyi”, yəni uşaqlara daha çox müstəqillik verməyi və öz emosional sərhədlərini qorumağı tövsiyə edirlər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.