Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Chevrolet" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1962-ci il təvəllüdlü Z.Verdiyevanı vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Əraziyə DYP əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Tural Əhmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.