Yeni il süfrəsində ən təhlükəli yeməklərdən biri bol mayonezli salatlardır.
Redaktor.az xəbər verir ki, bunu həkim Dmitri Demidik aif.ru-ya açıqlamasında deyib.
"Çoxlarının sevdiyi “şuba altında siyənək” duzlu balıq və mayonez tərkibli olduğu üçün risklidir", - deyə o bildirib.
Həkim həmçinin yağda bişirilmiş yağlı qızardılmış ətlərə və bütün növ hisə verilmiş məhsullara qarşı ehtiyatlı olmağı tövsiyə edib.
Demidik qeyd edib ki, hipertoniyadan əziyyət çəkənlər xəstəliyin kəskinləşməsinin qarşısını almaq üçün duzlu balıq, kolbasa məmulatları və müxtəlif marinadların istifadəsini məhdudlaşdırmalıdırlar. Diabet xəstələrinə isə, tipindən asılı olmayaraq, yalnız şirniyyatın deyil, balın və bəzi salatların miqdarına da nəzarət etmək məsləhət görülüb.
Aytəkin TOFİQQIZI