AZ

Rusiya Ordusuna əlavə qüvvələr cəlb ediləcək-SƏRƏNCAM



Rusiya prezidenti Vladimir Putin "Vətən Müdafiəçiləri" fondunun yardımının genişləndirilməsi və bu yardıma aktiv hərbçilərin, eləcə də sərhəd bölgəsində antiterror əməliyyatında iştirak edənlərin daxil edilməsi barədə sərəncam verib.

Newscenter.az-ın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, Kremldə Putinlə görüş zamanı dövlət katibi, müdafiə nazirinin müavini və Vətən Müdafiəçiləri Fondunun rəhbəri Anna Tsivileva Putindən fondun tabeliyindəki hərbi qulluqçuların daha iki kateqoriyasını - aktiv xidmətdə olan hərbi qulluqçuları və sərhəd bölgələrində antiterror əməliyyatında iştirak edənləri daxil etməsini xahiş edib. Kreml rəhbəri isə öz növbəsində bu təkliflə razılaşıb.

Fuad
Seçilən
61
1
newscenter.az

2Mənbələr