AZ

MKE-nin BALKIN 130 mm ÇAF-S əks-tədbir sursatı seriyalı istehsala hazırdır

“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən tədqiqat-inkişaf işləri tamamlanan BALKIN 130 mm ÇAF-S əks-tədbir sursatının sınaq atışları uğurla başa çatdırılıb və kütləvi istehsala hazır vəziyyətə gətirilib.

MKE-dən “Poliqon”a verilən məlumata görə, bu nailiyyətlə “Makine ve Kimya Endüstrisi” yerli və milli imkanlarla inkişaf etdirdiyi BALKIN sursatı ilə Türkiyənin bu sahədəki xarici asılılığına da son qoyub.

BALKIN 130 mm ÇAF-S sursatı ilk dəfə dəfə IDEF 2025 sərgisində təqdim edilib. Türk dilində “işıq saçan, parlayan” mənasını verən BALKIN, dəniz platformalarında istifadə üçün xüsusi olaraq hazırlanıb. Suüstü platformaların müdafiə qabiliyyətlərini gücləndirmək üçün inkişaf etdirilən MKE BALKIN 130 mm ÇAF-S sursatı, RF axtarıcı başlıqlı idarə olunan raketlərə qarşı təsirli bir həll təqdim edir.

Geniş tezlik diapazonunda elektromaqnit qoruma təmin edən strukturu və yüksək radar əks-səda qabiliyyəti sayəsində güclü bir aldatma funksiyasına malik olan MKE BALKIN ÇAF sursatı, döyüş gəmilərinin qorunma səviyyəsini yüksəldərək, Türkiyə Silahlı Qüvvələri üçün təsirli, davamlı və milli müdafiə həlli təmin edir.

BALKIN sursatının içərisində radarları aldatmağa yönəlik xüsusi hissəciklər yerləşir. Havada partlayan sursatın ətrafa yaydığı bu hissəciklər, havada asılı qalan bulud təbəqəsi yaradaraq radarla idarə olunan raketləri çaşdırır və Türkiyə döyüş gəmilərinin hədəf alınmasının qarşısını alır.

ÇAF sursatları sahəsində xarici asılılığın sona çatması baxımından strateji əhəmiyyət daşıyan BALKIN, həm də dost və müttəfiq ölkələr üçün yüksək ixrac potensialı ilə diqqət çəkir.

MKE

Seçilən
151
poliqon.az

1Mənbələr