Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Suriyanın Latakiya şəhərində komendant saatı elan edilib.
Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Latakiya Daxili Təhlükəsizlik Komandanlığından məlumat verilib.
Məlumata görə, şəhərdə komendant saatı saatı yerli vaxtla 17:00-da başlayacaq və 31 dekabr saat 06:00-a qədər davam edəcək.
Qeyd edilib ki, qərar fövqəladə hallar, tibb işçiləri, təcili yardım maşınları və yanğınsöndürənlərə şamil edilmir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.