Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Türkiyə Böyük Millət Məclisinin üzvü, AK Parti Başqanının müavini və Türk Dövlətləri ilə əlaqələrdən məsul şəxs Kürşad Zorlu ilə görüşüb.
Newscenter.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb. Bildirilib ki, görüşdə Türk dünyası ilə əlaqələr çərçivəsində əməkdaşlığın və əlaqələrin daha da genişləndirilməsinə yönəlmiş məsələlər müzakirə olunub.
Söhbət zamanı həm Azərbaycan, həm də Türkiyənin Türk Dövlətləri Təşkilatındakı fəaliyyəti yüksək qiymətləndirilib.
Süleyman