Dünya futbolunun ən yaxşı hücumçularından biri olan Robert Levandovski İspaniya klubundakı ilk mövsümü ilə bağlı gizli qalan məqamları açıqlayıb.
Fanat.Az xəbər verir ki, polşalı ulduz 2022/23 mövsümündə "Barselona" rəhbərliyinin ondan maraqlı bir xahiş etdiyini bildirib. Səbəb isə klubun "Bavariya"ya ödəməli olduğu 2.5 milyon avroluq xüsusi qol bonusu olub.
Təcrübəli forvard həmin dövrdə klubun maliyyə vəziyyətinin kritik olduğunu qeyd edərək bu sözləri deyib:
""Barselona"da çalışan insanlara böyük hörmət bəsləyirəm və klubun çətin durumunun fərqində idim. Vurduğum qolların sayına görə ödənilməli olan bonus kiçik məbləğ deyildi və klub hər qəpiyi hesablayırdı. Hətta bir dəfə meydanda qol vurub-vurmamaq mövzusunda tərəddüd edəcək qədər təzyiq hiss etdim".
Xatırladaq ki, maliyyə böhranı ilə mübarizə aparan "Barselona" üçün ulduz futbolçunun bu fədakarlığı və səmimi etirafları idman mətbuatında böyük rezonans doğurub.
Kamil Xudiyev