AZ

"Fənərbaxça" "Milan"la danışıqlara başlayıb

Bakı. Trend:

“Milan”ın hücumçusu Kristofer Nkunku karyerasını Türkiyə SuperLiqasında davam etdirə bilər.

Trend xarici KİV-lərəistinadən xəbər verir ki, “Fənərbaxça” fransalı forvardın transferiilə bağlı artıq “rossoneri” ilə rəsmi danışıqlara başlayıb.

İtaliya klubu futbolçunun satışından 35 milyon avro qazanmağıplanlaşdırır və qiyməti aşağı salmaq niyyətində deyil. İstanbulnəhəngi maliyyə tələblərinin yumşaldılmasına nail olmağa çalışsada, “Milan” bu məsələdə sərt mövqe tutur.

Razılaşma uğurla başa çatacağı təqdirdə, “Fənərbaxça”nın başməşqçisi Domeniko Tedesko Nkunkunu mərkəz hücumçusu mövqeyində vəya əsas forvardın arxasında istifadə etməyi planlaşdırır.Mütəxəssis 28 yaşlı futbolçunun imkanları "Leypsiq"də birgəçalışdıqları dövrdən yaxşı tanışdır.

Qeyd edək ki, Nkunku 2025-ci ilin yayında 37 milyon avroqarşılığında “Çelsi”dən “Milan”a keçib.

Məqalədə:
Seçilən
13
2
az.trend.az

3Mənbələr