AZ

Yük maşınları ikinci zolağı zəbt edib yolu kəsir Sürücülərdən ŞİKAYƏT VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Gəncə şəhəri, Mirzə Abbas Abbaszadə küçəsində dayanma-durma qaydasını pozan sürücülər lentə alınıb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Belə ki, 99-LE-640 dövlət nömrə nişanlı “KamAZ” markalı və 99-CO-067 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşınları ikinci nəqliyyat vasitələrini yolun hərəkət hissəsində - ikinci zolaqda saxlayıblar. Nəticədə ərazidən keçən sürücülərin hərəkətinə maneə yaranıb. 

Şikayətçinin iddiasına görə, sözügedən küçədə tez-tez eyni halla qarşılaşırlar. İzləyici qayda pozan sürücülərə dəfələrlə irad bildirdiklərini, lakin onların yenə də eyni xətanı törətməyə davam etdiklərini əlavə edib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə sürücülər 2 bal və 80 manat məbləğində cərimə tətbiq olunur.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
146
avtosfer.az

1Mənbələr