AZ

Emosional travma nə vaxt yaranır? Mütəxəssislər açıqlayır

Travma insanın öhdəsindən gəlməkdə çətinlik çəkdiyi, güclü stres, qorxu və narahatlıq yaradan hadisələr nəticəsində ortaya çıxan psixoloji reaksiyadır. Eyni hadisə fərqli insanlarda müxtəlif dərəcədə travmatik təsir göstərə bilər.

 

Pravda.az bildirir ki, travmalar tək bir hadisə ilə yanaşı, uzun müddət davam edən mənfi təcrübələr nəticəsində də formalaşa bilər. Uşaqlıq dövründə yaşanan çətinliklər, itkilər, zorakılıq, qəza və ya təbii fəlakətlər travmanın əsas səbəbləri sırasında yer alır.

 

Emosional travma isə insanın psixoloji tarazlığını pozan, dərin kədər, qorxu, günahkarlıq və narahatlıq hissləri yaradan hadisələrə qarşı verdiyi reaksiyadır. Bu cür travmalar zamanla yuxu problemləri, diqqət dağınıqlığı, əhval dəyişkənliyi, sosial münasibətlərdən uzaqlaşma və fiziki narahatlıqlarla özünü göstərə bilər.

 

Mütəxəssislər bildirir ki, travmanın təsirlərini azaltmaq üçün insanın hisslərini gizlətməməsi, yaxın çevrədən dəstək alması və gündəlik həyat ritmini qoruması vacibdir. Zərurət yarandıqda isə psixoloq və ya psixiatr dəstəyinə müraciət edilməsi tövsiyə olunur.

 

Qeyd edək ki, travmanın vaxtında tanınması və düzgün yanaşma ilə idarə olunması insanın psixoloji sağlamlığının bərpasında mühüm rol oynayır.

 

Əminə Bayramova

Tarix: 30 Dekabr 2025, 17:40   
Seçilən
70
pravda.az

1Mənbələr