31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-ci ilin dekabrında qoyuldu. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması müxtəlif səbəblərdən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.
Bu sözləri Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova QHT.az-a bildirib. Onun sözlərinə görə, 2025-ci ildə keçmiş məcburi köçkünlərimiz üçün uğurlu il oldu. Bu günə qədər 32 yaşayış məntəqəsində 65 mindən çox insan məskunlaşıb. Bu isə 65 mindən çox insanın sevinci uğuru, isti ocağa qayıdışı, rahatlığı deməkdir:
"Təşkilatımız üçün də uğurlarımız var, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Nümunəvi Valideynlik İnstitutu” layihəsini 4 rayonda uğurla həyata keçirdik. Azərbaycan Milli QHT Forumuna üzvülüyə qəbul olunduq. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hər kəsi təbrik edir, yeni ildə ailələrinizə cansağlığı, xoşbəxtlik, doğma Azərbaycanımızın inkişafı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm".